Olimpiadanın üç iştirakçısı "Böyük Dəbilqə" yarışına çıxacaq

Xəbərlər
24 Sentyabr 2024 16:06
177
Olimpiadanın üç iştirakçısı "Böyük Dəbilqə" yarışına çıxacaq

Cüdo üzrə Azərbaycan millisinin məşqçilər korpusu oktyabrın 11-13-də Əbu-Dabidə (BƏƏ) keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, reytinq yarışında Olimpiadanın üç iştirakçısı - Balabəy Ağayev (60 kq), Zelim Tskayev (81 kq) və Leyla Əliyeva (48 kq) çıxış edəcək.

Heyətə, həmçinin Hüseyn Allahyarov (60 kq), Ruslan Paşayev, Rəşad Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Camal Qəmzətxanov, İmran Yusifov (hər ikisi +100 kq) və Açelya Toprak (57 kq) daxil edilib.

İdman.biz