Dünya çempionatının ən reytinqli cüdoçusu - Nizami İmranov

Xəbərlər
25 Sentyabr 2024 09:40
283
Dünya çempionatının ən reytinqli cüdoçusu - Nizami İmranov

Nizami İmranov oktyabrın 2-5-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında dünya çempionatında ən yüksək reytinqli cüdoçu olacaq.

İdman.biz xəbər verir ki, bütün çəki dərəcələri üzrə idmançıların siyahısına Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı başçılıq edir.

Buna səbəb İmranovun (60 kq) öz yaşıdları arasında göstərdiyi nəticələrə görə reytinq xalları toplaması ilə yanaşı, həm də artıq elitada çıxış etmək təcrübəsinə malik olmasıdır. Xüsusilə, Nizamini ötən il Tokioda keçirilən “Böyük Dəbilqə” turnirində 1/16 finala adlaması ona 160 xal qazandırıb.

Dünya çempionatında ən reytinqli cüdoçular arasında ilk “beşliy”ə yeniyetmələr arasında dünya və Avropa çempionu Vüsal Qələndərzadə (73 kq) da daxildir.

İdman.biz

Məqalədə: