Cüdoçular Praqaya yollanır

Xəbərlər
25 Sentyabr 2024 11:08
205
Cüdoçular Praqaya yollanır

Cüdo üzrə Azərbaycan yığması Praqaya yola düşür.

İdman.biz xəbər verir ki, sentyabrın 28-29-da Çexiyanın paytaxtında Avropa Açıq Kuboku keçiriləcək.

Millinin heyətinə 14 idmançı daxil edilib. Yığmada Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev (hamısı 60 kq), Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev (hamısı 66 kq), Rüfət Şövlətov, İbrahim Əliyev, Nəriman Mirzəyev (hamısı 73 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Nihad Şıxəlizadə (100 kq), Camal Həmzətxanov və İmran Yusifov (hər ikisi +100 kq) yer alıb.

Qeyd edək ki, turnirdə 34 ölkənin cüdoçuları güclərini sınayacaq.

İdman.biz