Konqonun idman və istirahət naziri təlim-məşq mərkəzində - FOTO

Xəbərlər
25 Sentyabr 2024 14:00
53
Konqonun idman və istirahət naziri təlim-məşq mərkəzində - FOTO

Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.

İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri qonaqlara təlim-məşq mərkəzində idmançılar üçün yaradılmış müasir şərait haqqında, həmçinin federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr barədə məlumat veriblər.

İdman.biz

Məqalədə: