Altı cüdoçumuz dünya çempionatında səpələnmişlər sırasında olacaq

Xəbərlər
26 Sentyabr 2024 12:04
419
Altı cüdoçumuz dünya çempionatında səpələnmişlər sırasında olacaq

Millimizin 6 cüdoçusu oktyabrın 2-dən 5-dək Düşənbədə (Tacikistan) keçiriləcək yeniyetmələr arasında dünya çempionatında səpələnmişlər sırasında mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, öz kateqoriyalarında Nizami İmranov (60 kq), Vüsal Qələndərzadə (73 kq) və Könül Əliyeva (48 kq) liderlərdir.

Onlar öz çəkilərində reytinq siyahısına başçılıq edirlər.

Süleyman Şükürov (81 kq), Kənan Nəsibov (+100 kq) və Fidan Əlizadə (57 kq) da səpələnmişlər arasında yer alacaq.

Qeyd edək ki, Düşənbədə, həmçinin İslam Rəhimov (66 kq), Aslan Kotsoev, Tuncay Şamil (hər ikisi 90 kq), Əjdar Bağırov (100 kq), Xədicə Qadaşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) çıxış edəcəklər.

İdman.biz

Məqalədə: