Sentyabr 28-29-da Çexiyanın paytaxtı Praqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçiriləcək.
İdman.biz xəbər verir ki, ölkəmiz yarışda kişilər arasında 6 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək. Turnirdə 34 ölkədən 371 idmançı qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Yığmanın heyəti
60 kq
Babarəhim Mirzəyev
Hüseyn Allahyarov
Rövşən Əliyev
66 kq
Elşən Əsədov
Mehdi Cəfərov
Rəşad Yelkiyev
Nazir Talıbov
73 kq
Rüfət Şövlətov
Nəriman Mirzəyev
90 kq
Musa Hüseynli
İbrahim Ağakişiyev
100 kq
Nihad Şıxəlizadə
+100 kq
Camal Qamzatxanov
İmran Yusifov
İdman.biz