Açıq Avropa turnirində 1 qızıl və 1 gümüş

Xəbərlər
29 Sentyabr 2024 12:22
147
Açıq Avropa turnirində 1 qızıl və 1 gümüş

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

Kişilərin mübarizəsində Rəşad Yelkiyev (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 60 kq çəkidə yarışan Hüseyn Allahyarov isə finalda uduzaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

İdman.biz