Yığmamız Praqadan 3 medalla dönür

Xəbərlər
29 Sentyabr 2024 19:42
88
Yığmamız Praqadan 3 medalla dönür

Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Açıq Avropa turniri yekunlaşıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə Qamzatxan Qamzatzanov (+100 kq) fəxrü kürsüdə yer alıb.

Cüdoçumuz həlledici görüşdə ukraynalı rəqibinə uduzaraq, ikinci yeri tutub.

Qeyd edək ki, yığmamız turniri 3 medalla başa vurub. Bunadək Rəşad Yelkiyev (66 kq) qızıl və Hüseyn Allahyarov (60 kq) gümüş medal qazanıb.

İdman.biz