Azərbaycan Avropa kubokunda 4-cü olub

Xəbərlər
30 Sentyabr 2024 10:28
446
Azərbaycan Avropa kubokunda 4-cü olub

Cüdo üzrə Azərbaycan komandası Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa kubokunun ümumi hesabında 4-cü yeri tutub.

İdman.biz xəbər verir ki, idmançılarımız yarışda üç medal qazanıb.

Rəşid Elkiyev (66 kq) turnirin qalibi, Hüseyn Allahyarov (60 kq) və Cmalal Həmzətxanov (+100 kq) isə gümüş mükafatçı olublar. Yekun nəticədə İtaliya, Ukrayna, İsrail, Kanada və bir çox başqa ölkələri qabaqlamışıq.

Birinci yerdə Fransa (6-4-6) qərarlaşıb, Almaniya ikinci (2-0-3), Niderland isə üçüncü (1-3-4) olub.

İdman.biz

Məqalədə: