Beynəlxalq Cüdo Federasiyası: “Vüsal Qələndərzadə titulunu qorumağa çalışacaq”

Xəbərlər
30 Sentyabr 2024 11:56
488
Beynəlxalq Cüdo Federasiyası: “Vüsal Qələndərzadə titulunu qorumağa çalışacaq”

Tacikistanda keçiriləcək gənclər arasında cüdo üzrə dünya çempionatı haqqında yazan Beynəlxalq Cüdo Federasiyasının ijf.org saytı azərbaycanlı idmançı Vüsal Qələndərzadəni də qeyd edib.

İdman.biz xəbər verir ki, paytaxtı Düşənbədə keçiriləcək dünya çempionatı oktyabrın 2-də başlayacaq.

Məqalədə aşağıdakı fikirlər yer alıb:

“Fərdi yarışlarda iştirak etmək üçün 67 ölkədən 539 cüdoçu, final yarışı üçün isə 17 komanda qeydiyyatdan keçib.
Yeniyetmələr arasında 2023-cü ilin dünya çempionları - 63 kq çəki dərəcəsində Melkia Oşkorn (Fransa), 73 kq-da Vüsal Qələndərzadə (Azərbaycan) və 90 kq-da Komei Kavabata (Yaponiya) titullarını qorumağa çalışacaqlar. Onların hamısı il ərzində dünya reytinqinin zirvəsindəki mövqelərini qoruyub saxlayıblar.

Öz kateqoriyasında dominantlıq edən Qələndərzadə cəmi dörd həftə əvvəl Tallinndə yeniyetmələr arasında Avropa çempionu da olub. Kavabata keçən ilki Odivelas görüşündən sonra yeniyetmələr arasında yarışlarda iştirak etməsə də, Dünya Turunda yarışmağa seçildikdən sonra böyük təcrübə qazanıb.

Hər üç cüdoçu dünyanın bir nömrəsidir. Onlar iştirakçılar siyahısında təmsil olunan 12 cüdoçular arasında yer alıb. 12 nəfərdən Azərbaycanı, İtaliyanı, Braziliyanı 2, Niderland, Özbəkistan, Gürcüstan, Fransa, Yaponiya və Kanadanı isə 1 cüdoçu təmsil edir. Yəni üç qitə birinci yerdə təmsil olunub”.

İdman.biz