Vüsal Qələndərzadə: “Hədəfim ikinci dəfə dünya çempionu olmaqdır”

Xəbərlər
30 Sentyabr 2024 13:50
363
Vüsal Qələndərzadə: “Hədəfim ikinci dəfə dünya çempionu olmaqdır”

“Dünya çempionatına hazırlıq yüksək səviyyədə gedir”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Vüsal Qələndərzadə (73 kq) deyib.

O, Düşənbədə (Tacikistan) keçiriləcək yeniyetmələr arasında dünya çempionatı öncəsi fikirlərini açıqlayıb. Qələndərzadə bildirib ki, yarışdan əsas gözləntisi qalib olmaqdır: “Rəqiblərimi tanıyıram. Hər birini yaxşı şəkildə analiz etmişəm. Çoxu ilə bundan öncəki, yarışlarda qarşılaşmışıq. Hər biri mənə tanışdır. Məşqçilərimizlə birlikdə bu dünya çempionatına var gücümüzlə hazırlaşırıq. Əlimizdən gələni edib, çempion olmaq üçün güləşəcəyik. Əsas hədəfim və məqsədim ikinci dəfə çempion olmaqdır”.

Qeyd edək ki, oktyabrın 2-dən 5-dək keçiriləcək çempionatda ölkəmizi 14 cüdoçu təmsil edəcək.

Banuçiçək Hüseynli
İdman.biz