IJF-dən motivasiya: “Siz Hidayət Heydərovu tanıyırsınızmı?

Xəbərlər
1 Oktyabr 2024 15:14
494
IJF-dən motivasiya: “Siz Hidayət Heydərovu tanıyırsınızmı?

Beynəlxalq Cüdo Federasiyası (IJF) Düşənbədə (Tacikistan) başlayacaq yeniyetmələr arasında dünya çempionatı ilə bağlı motivasiya xarakterli material dərc edib.

İdman.biz xəbər verir ki, sayt yarışı izləməyə dəyər səbəblərini sadalayaraq, daha əvvəl yeniyetmələr arasında uğur qazanmış dünya cüdosunun hazırkı ulduzlarını, o cümlədən Azərbaycan idmançılarını qeyd edib.

“Siz Teddi Rineri (Fransa) tanıyırsınız? Əlbəttə, tanıyırsınız. Bəs Eldos Smetov (Qazaxıstan), Hifumi Abe (Yaponiya), Diyor Keldirorov (Özbəkistan), Hidayət Heydərov (Azərbaycan), Andrea Leski (Sloveniya), Laşa Bekauri (Gürcüstan), Barbara Matiç (Xorvatiya), Zelim Kotsoev (Azərbaycan), Elis Belandi (İtaliya) və ya Beatris Souzanı (Braziliya). Əlbəttə, siz onları tanıyırsınız, çünki onlar Paris-2024 Yay Olimpiya çempionlarıdır. Onların hamısı az-çox uğurlarla müxtəlif illərdə gənclər arasında dünya çempionatlarında iştirak ediblər. Bu, yarışı izləmək üçün kifayət deyilmi?” - deyə IJF portalı fanatlardan soruşur.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatında 13 cüdoçumuz çıxış edəcək.

İdman.biz