Dünya çempionatı: 3 cüdoçumuz 1/4 finalda

Xəbərlər
2 Oktyabr 2024 12:08
377
Dünya çempionatı: 3 cüdoçumuz 1/4 finalda

Tacikistanın paytaxtı Düşənbədə gənc cüdoçular arasında dünya çempionatına start verilib.

İdman.biz xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin 6 idmançısı yarışa qoşulub.

Onlar 4 çəki dərəcəsində mübarizə aparırlar.

Dünya çempionatı
Oğlanlar
60 kq

Nizami İmranov yarışa qələbə ilə başlayıb. O, 1/16 finalda türkmənistanlı Meken Ramazanovu məğlub edib. İmranov 1/8 finalda Pino Balbinlə (Kolumbiya) güləşib. O, bu dueldən də qalib ayrılıb. Nizami növbəti cəhdində Vladimir Ulyanovla (İJF) münasibətinə aydınlıq gətirəcək.

66 kq
Məhəmməd Musayev 1/16 finalda Simas Polikeviçusla (Litva) qarşılaşıb. Qəbələ qazanan cüdoçumuz ikinci sınağında Hyeonsu Yunu (Koreya Respublikası) da mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda yaponiyalı Kairi Kentokunu sınağa çəkəcək.

İslam Rəhimovun ilk mərhələdə rəqibi Aik Martirosyan (Ukrayna) olub və rəqib qələbə qazanıb.

Qızlar
48 kq

Könül Əliyeva 1/16 finalda Viktoriya Sibilleni (Belçika) məğlub etsə də, ardınca Kristina Dudinaya (İJF) uduzub.

52 kq
İlk mərhələdə mübarizəyə başlayan Xədicə Qədəşova Maya Nuritdinovanı (Türkmənistan) məğlub edib. O, 1/16 finalda Kayrat Ayauylumla (Qazaxıstan) qarşılaşıb və bu görüşü də aktivinə yazıb. Təəssüf ki, Qədəşova 1/8 finalda Alissia Poulanqla (Fransa) bacarmayıb.

Aydan Vəliyeva startda bolqarıstanlı Denitsa Georgiyevadan güclü olub. O, daha sonra İlariya Fenestrondan (İtaliya) da güclü olub. Vəliyeva 1/4 finalda İroha Olla (Yaponiya) qüvvəsini sınayacaq.

Qeyd edək ki, ölkəmiz mundiala 13 cüdoçu ilə yollanıb.

İdman.biz

Məqalədə: