Dünya kuboku: Teymurova final mərhələsində

Xəbərlər
5 Oktyabr 2024 13:33
226
Dünya kuboku: Teymurova final mərhələsində

İdman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarış Macarıstanın Sombatxey şəhərində keçirilir.

Azərbaycan millisinin gimnastı Nazənin Teymurova yarışda uğurla çıxış edib. O, dayaqlı tullanma proqramında final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

İdman.biz

Məqalədə: