Abu Dabidə qələbə üçün 1000 xal

Xəbərlər
8 Oktyabr 2024 12:24
328
Abu Dabidə qələbə üçün 1000 xal

Oktyabrın 11-13-də Abu Dabidə Azərbaycan komandasının iştirakı ilə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, idmançılar yarışda reytinq xalları qazanacaqlar.

Turnirdə qalib 1000 xal, finalçılar 700 xal, bürünc medalçılar isə 500 xal əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" yarışlarında 14 cüdoçu ilə təmsil olunacaq: Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tskayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq), Leyla Əliyeva (48 kq) və Açelya Toprak (57 kq).

İdman.biz

Məqalədə: