Azərbaycan "Böyük Dəbilqə" yarışında 31 ölkəyə qarşı

Xəbərlər
9 Oktyabr 2024 09:51
270
Azərbaycan "Böyük Dəbilqə" yarışında 31 ölkəyə qarşı

Oktyabrın 11-13-də Abu Dabidə (BƏƏ) keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində 32 ölkənin komandası iştirak edəcək.

İdman.biz xəbər verir ki, Fransa ən çox - 19 idmançı ilə təmsil olunacaq.

Özbəkistandan 17, tatami sahiblərindən isə 15 cüdoçu çıxış edəcək. Azərbaycan hərəyə 14 idmançı ilə Almaniya və Filippinlə birlikdə iştirakçı sayına görə dördüncüdür.

Qeyd edək ki, komandamızın heyətində Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tskayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq), Leyla Əliyeva (48 kq) və Açelya Toprak (57 kq) yer alıb.

İdman.biz

Məqalədə: