ACF prezidenti Mingəçevirdə cüdo idman klubuna baxış keçirib - FOTO

Xəbərlər
9 Oktyabr 2024 13:52
184
ACF prezidenti Mingəçevirdə cüdo idman klubuna baxış keçirib - FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində yerləşən “Qədiroğlu cüdo klubu”na baxış keçiriblər.

İdman.biz xəbər verir ki, klubun rəhbəri Ayaz Ümüdəliyev məlumat verib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 500 m2 təşkil edir.

Fiziki hazırlıq zalı məşqlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Klubda valideynlər üçün gözləmə zalı və idmançıları üçün digər zəruri şərait təmin olunub.

Təlim mərkəzində gün ərzində 100 yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bilir.

İdman.biz

Məqalədə: