Avropa Cüdo İttifaqı (EJU) Abu Dabidə “Böyük Dəbilqə” turnirinin startı ərəfəsində Azərbaycan idmançılarından bəhs edib.
İdman.biz xəbər verir ki, təşkilat iki çəki dərəcəsini xüsusi qeyd edib.
"60 kq-a qədər çəkidə birinci nömrə Balabəy Ağayev, onun komanda yoldaşı Zelim Tskayev isə 81 kq-a qədər çəki dərəcəsində birinci seçilmiş olacaq”, - EJU qeyd edir.
"Bu həftə "Dünya Turu" yeni tsiklin ilk "Böyük Dəbilqə" yarışı üçün ekvatorun cənubundan Abu Dabiyə doğru yola düşür. Biz artıq Zaqreb Qran-Prisində fantastik cüdodan zövq almışıq, ən yaxşı gənclər bu yaxınlarda Tacikistanda keçirilən dünya çempionatında bir araya gəliblər və indi böyüklər reytinq xalları üçün mübarizə aparacaqlar”, - deyə sayt vurğulayır.
İdman.biz