Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya turniri keçiriləcək.
İdman.biz xəbər verir ki, turnirdə 9 ölkədən 181 idmançı iştirak edəcək.
Azərbaycan 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq. Komandamız səfərə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərliyi altında yollanacaq.
Yığmanın heyətində Babarəhim Mirzəyev, Murad Muradlı,
Amin İsmayılov, Rəşad Məmmədov (hamısı 60 kq), Rəhram Qurbanlı, Elşən Əsədov, Mehdi Cəfərov, Nurlan Kərimli (hamısı 66 kq), Zaməddin Poladov, Kərim Allahverdiyev, Elcan Şəfiyev, Asim Qulamzadə (hamısı 81 kq), İbrahim Ağakişiyev, Xəyyam Əliyev, Fəqan Şamilov (hamısı 90 kq),
Rəşadət Paşazadə (100 kq) və Eldar Əliyev (+100 kq) yer alıblar.
Qeyd edək ki, oktyabrın 12-də start götürəcək turnir ertəsi gün yekunlaşacaq.
İdman.biz