Qazaxıstan 2027-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.
İdman.biz xəbər verir ki, Los-Anceles-2028 Olimpiadası öncəsi baş tutacaq yarışın keçiriləcəyi şəhər dəqiqləşməyib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Qazaxıstanın İdman və Turizm naziri Erbol Mirzabrsınov mundialın təşkili ilə bağlı müqavilə imzalayıblar. Yarışın keçiriləcəyin şəhərin adı isə 2026-cı ildə bəlli olacaq.
Qeyd edək ki, Qazaxıstan 2015-ci ildə dünya çempionatına ev sahibliyi edib.
İdman.biz