“Böyük Dəbilqə”: Cüdoçumuz bürünc qazanıb - VIDEO

Xəbərlər
11 Oktyabr 2024 19:17
1 079
“Böyük Dəbilqə”: Cüdoçumuz bürünc qazanıb - VIDEO

Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançı tatamiyə çıxıb.

60 kq
Balabəy Ağayev çıxışına ikinci dövrədən başlayıb. Dauren Sukenovla (Qazaxıstan) güləşən cüdoçumuz məğlub olub.

Hüseyn Allahyarov da startda yarışla vidalaşıb. O, Nika Xuzairaşviliyə (Gürcüstan) uduzub.

66 kq
Ruslan Paşayev ilk görüşdə Teo Raula (Fransa) məğlub olub.

Rəşad Yelkiyev İsmayıl Nişonboyev (Özbəkistan) və Bentse Poqrantsa (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Erkembayar Battoqtoxa (Monqolustan) uduzub. Yelkiyev təsəlliverici qarşılaşmada isə Takeşi Takeoka (Yaponiya) səddini keçə bilməyib.

48 kq
Turnirə 1/4 finaldan başlayan Leyla Əliyeva Sara İştə (Almaniya) uduzub. O, daha sonra təsəlliverici görüşdə Melane Leqoya (Fransa) məğlub olub.

57 kq
Açelya Toprak Marina Azina (Kipr) qalib gəlsə də, ardını gətirə bilməyib. 1/4 finalda braziliyalı Şirlen Nasimentu təmsilçimizdən üstün olub. Təsəlliverici görüşdə Faiza Mokdar (Fransa) zədə səbəbindən tatamiyə çıxmadığından Toprak bürünc medal uğrunda yarışacaq. Onun rəqibi Flaka Loha (Kosovo) olub. Qələbə qazanan cüdoçumuz burucə yiyələnib.

İdman.biz

Məqalədə: