"Böyük Dəbilqə": Kokauri gümüş, Fətiyev bürünc qazanıb

Xəbərlər
13 Oktyabr 2024 19:12
2 690
"Böyük Dəbilqə": Kokauri gümüş, Fətiyev bürünc qazanıb

Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatıb.

İdman.biz xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxıb.

90 kq
Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə qazanan Fətiyev medal şansını qaçırmayıb.

Musa Hüseynli ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub.

+100 kq
İlk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O, Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə (Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovskiy (AİN) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb və cüdoçumuz gümüşlə kifayətlənib.

İmran Yusifov Yur Spiykersə (Niderland) uduzaraq, "Böyük Dəbilqə" ilə erkən vidalaşıb.

Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57kq) isə bürünc medal qazanıb.

İdman.biz