Yığmamız 5-ci olub

Xəbərlər
13 Oktyabr 2024 20:29
366
Yığmamız 5-ci olub

Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda 4 medal qazanıb.

Zelim Tçkayev (81 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) gümüş, Murad Fətiyev (90 kq) və Açelya Toprak (57kq) isə bürüncə sahib çıxıb. Bu nəticə ilə ölkəmiz medal sıralamasında 5-ci pillədə yer alıb.

Niderland (2-3-3) 1-ci, Fransa (2-3-2) 2-ci yeri tutb. Almaniya və BƏƏ qazanılan 2 qızıl medalla 3-4-cü yerləri bölüşdürüblər.

Qeyd edək ki, mövsümün son "Böyük Dəbilqə"si dekabrın 7-8-da Tokioda olacaq.

İdman.biz