Cüdoçularımız Aktau Açıq Asiya turnirində 4 medal qazanıb

Xəbərlər
13 Oktyabr 2024 20:48
217
Cüdoçularımız Aktau Açıq Asiya turnirində 4 medal qazanıb

Oktyabrın 12-13-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda 1 qızıl və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə cüdoçularımız 3 medal qazanıblar. Kişilər arasında Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev (hər ikis +100 kq) bürünc medal əldə ediblər. Yarışın ilk günündə Murad Murdalı (60 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və kişilər arasında isə 3-cü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub.

İdman.biz