Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
İdman.biz xəbər verir ki, turnirin 3-cü günündə Azərbaycan komandası iki medal qazanıb.
Uşanqi Kokauri (+100 kq) gümüş, Murad Fətiyev (90 kq) isə bürünc medala sahib çıxıb.
Komandamız turniri dörd medalla (1-1-2) başa vurub.
Final günündən fotoreportaj təqdim edirik.
İdman.biz