Kokaurinin “Böyük Dəbilqə”də 7-ci medalı

Xəbərlər
14 Oktyabr 2024 10:32
60
Kokaurinin “Böyük Dəbilqə”də 7-ci medalı

Uşanqi Kokauri (+100 kq) “Böyük Dəbilqə” turnirlərində karyerasının 7-ci medalını qazanıb.

İdman.biz xəbər verir ki, Əbu-Dabidə qazanılan gümüş medal Azərbaycan millisində ağır çəkidə sayca yeddincidir.

Əbu-Dabiyə qədər Uşanqinın üç gümüş və eyni sayda da bürünc medalı var idi, növbəti medal onun “Böyük Dəbilqə” yarışlarında 4-cü gümüşü olub.

Bu, həm də Kokauri üçün mövsümün ikinci finalı olub. Daha əvvəl o, Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində həlledici görüşdə döyüşüb.

Qeyd edək ki, Kokauri 2019-cu ildə də BƏƏ-də 3-cü yeri qazanaraq fəxri kürsüdə yer almışdı.

İdman.biz

Məqalədə: