Nazim Umbayev Əbu-Dabi "Böyük Dəbilqə"sində ədalət təmsilçiləri arasında yer alıb

Xəbərlər
15 Oktyabr 2024 08:54
265
Nazim Umbayev Əbu-Dabi "Böyük Dəbilqə"sində ədalət təmsilçiləri arasında yer alıb

Oktyabrın 11-13-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

İdman.biz xəbər verir ki, Umbayev yarışda kişilər arasında 60 kq çəkidə bürünc medal uğrunda görüşü, 73 kq çəkidə final görüşünü, qadınlar arasında isə 63 kq çəkidə bürünc medal uğrunda görüşü, 78 kq çəkidə final görüşünü idarə edib.

İdman.biz