Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirinin qalibləri dünya reytinqində mövqelərini yaxşılaşdırıblar.
İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları da reytinqdə daha ön sıralara çıxıblar. Yarışın qalibi Zelim Tskayev (81 kq) üç pillə yüksələrək 7-ci, gümüş mükafatçı Uşanqi Kokauri (+100 kq) isə 4 pillə irəliləyərək 11-ci yerdədir.
Bürünc medalçılara gəlincə, Murad Fətiyev (90 kq) 4 pillə yüksələrək 9-cu yerdə qərarlaşıb. Açelya Toprak (57 kq) isə əhəmiyyətli sıçrayış edərək, 8 pillə irəliləyib. O, 27-ci yerdədir.
Liderlərin mövqeləri dəyişməz qalıb: Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinqdə ən üst yerdədirlər.
İdman.biz