Azərbaycan cüdonun Dünya turunda mövqeyini yaxşılaşdırıb

Xəbərlər
15 Oktyabr 2024 11:58
645
Azərbaycan cüdonun Dünya turunda mövqeyini yaxşılaşdırıb

Azərbaycan cüdonun Dünya turunda mövqeyini yaxşılaşdırıb.

İdman.biz xəbər verir ki, Əbu-Dabidə keçirilən "Böyük dəbilqə" turnirindən sonra ölkələrin builki reytinq turnirlərindəki çıxışlarının statistikası yenilənib.

BƏƏ-yə səyahət komandamıza 4 medal qazandırıb: Zelim Tskayev (81 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) gümüş, Murad Fatiyev (90 kq) və Açelya Toprak (57 kq) isə bürünc medal qazanıblar.

Zaqreb Qran-Prisindən sonra Dünya turunun nəticələrinə görə, komanda 14-cü yerdən 11-ci yerə yüksəlib. İlin əvvəlindən Qran-Pri və Masters turnirlərinin də yer aldığı silsilə yarışlarında cüdoçularımız 4 qızıl, 12 gümüş və 16 bürünc mükafat qazanıblar.

Cədvəldə Xorvatiya, Qazaxıstan, İspaniya, Braziliya, Cənubi Koreya və bir çox başqa ölkələri qabaqlayırıq.

Yaponiya lider (21-9-26), Fransa ikinci yerdə (19-15-19), neytral idmançılar isə ilk üçlüyü tamamlayır (14-9-20).

İdman.biz

Məqalədə: