Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Xəbərlər
17 Oktyabr 2024 12:58
240
Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Oktyabrın 26-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

İdman.biz xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

ACF-nin inzibati binasında keçiriləcək kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəllə https://www.judo.az/Belt linkindən tanış ola bilərsiniz.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Qeyd edək ki, imtahana qeydiyyat ödənişlidir və ACF-in Judo Manager platforması vasitəsilə həyata keçirilir.

İmtahanların qiymətləri:
Ağ-sarı kəmər - 30 AZN
Sarı kəmər - 30 AZN
Narıncı kəmər - 40 AZN
Yaşıl kəmər - 40 AZN
Göy kəmər - 50 AZN
Qəhvəyi kəmər - 50 AZN

İdman.biz

Məqalədə: