Heydərov reytinq xallarına görə lider olaraq qalır, Kotsoyev ikincidir

Xəbərlər
17 Oktyabr 2024 16:00
320
Heydərov reytinq xallarına görə lider olaraq qalır, Kotsoyev ikincidir

Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə liderliyi davam edir.

İdman.biz xəbər verir ki, dünya reytinq cədvəlində 1-ci olan azərbaycanlı idmançının 9004 xalı var.

Əgər Olimpiadadan sonra onun göstəricisi 10004 xal idisə, sonradan reytinq cədvəli müəyyən dəyişikliklərə məruz qalıb və əvvəlki nəticələr zamanla öz reytinq dəyərini itirib.

İkinci yerdə digər Olimpiya çempionu Zelim Kotsoev (100 kq) qərarlaşıb. O isə 7762 xala malikdir.

Gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) 7335 xalla üçüncü yerdə qərarlaşıb.

İdman.biz