Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında - Malaqada

Xəbərlər
17 Oktyabr 2024 21:14
38
Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında -  Malaqada

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığmasının üzvləri Olimpiya təlim-məşq toplanışına qatılıb.

İdman.biz xəbər verir ki, oktyabrın 14-də start götürən hazırlıq Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub.

Hazırlıq prosesində Azərbaycanın qadınlardan ibərət millisinin 7 idmançısı iştirak edir. Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı 15-17 noyabrda Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Malaqa toplanışı ayın 19-da yekunlaşacaq.

İdman.biz