Envik Qalea: “Bakıda tibbi seminar keçməyə şadıq”

Xəbərlər
18 Oktyabr 2024 11:20
161
Envik Qalea: “Bakıda tibbi seminar keçməyə şadıq”

“Biz Bakıda Avropa Cüdo İttifaqının tibbi seminarını keçməkdən məmnunuq. Bu, iştirakçılar üçün yeni perspektivlər açır”.

İdman.biz xəbər verir ki, bunu EJU-nun Tibb Komissiyasının rəhbəri Envik Qalea deyib.

O, belə tədbirlərin hər il keçirildiyini, lakin ilk dəfə olaraq cüdo üzrə ixtisaslaşmış aparıcı idman həkimlərinin Azərbaycanın paytaxtına toplaşdığını bildirib.

“Milli federasiyaya əla təşkilatçılıq üçün təşəkkür edirəm, burada hər şey həmişə yüksək səviyyədədir. Azərbaycanlı həmkarlarımızla bir çox məsələlərdə, o cümlədən tibbi sahədə əməkdaşlıq edirik. Müzakirə ediləcək çox şeylər var, çünki idman kimi tibb də yerində dayanmır və inkişaf edir. Seminar hər bir mənada maarifləndirici olacaq”, - deyə E.Qalea vurğulayıb.

Qeyd edək ki, seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi təminatı sahəsində tədqiqatların nəticələrini bölüşəcəklər. Bu sahədəki yeniliklər, idman zədələrinin reabilitasiyası və müalicəsinin müxtəlif üsulları müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi xidmət sahəsində ən son qlobal tendensiyalar haqqında məlumat əldə etmək imkanı verəcək.

İdman.biz

Məqalədə: