Rəşad Rəsullu: "Bakıda keçiriləcək EJU tibb seminarı mühüm platforma rolunu oynayacaq"

Xəbərlər
18 Oktyabr 2024 11:32
224
Rəşad Rəsullu: "Bakıda keçiriləcək EJU tibb seminarı mühüm platforma rolunu oynayacaq"

“İdman növümüzün inkişafı çərçivəsində Azərbaycan Cüdo Federasiyası (ACF) Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqı (EJU) ilə bir çox sahələrdə, o cümlədən tibb sahəsində əməkdaşlıq edir”.

İdman.biz xəbər verir ki, bunu ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O bildirib ki, tibb sahəsində ixtisasartırmaya xüsusi önəm verilir, ona görə də bu gün Bakıda işə başlayan EJU tibb seminarı bu istiqamətdə mühüm rol oynayacaq: “Keçən il biz bu seminarı keçirmək təşəbbüsü ilə EJU-ya müraciət etdik və göstərilən etimada görə minnətdarıq. Ümid edirəm ki, bu, cüdo üzrə ixtisaslaşmış idman həkimləri üçün biliklərini artırmaq, təcrübə mübadiləsi aparmaq və bir çox peşə məsələlərini müzakirə etmək üçün mühüm platforma rolunu oynayacaq”.

Qeyd edək ki, seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi təminatı sahəsində araşdırmaların nəticələrini bölüşəcəklər. Bu sahədəki yeniliklər, idman zədələrinin reabilitasiyası və müalicəsinin müxtəlif üsulları müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi xidmət sahəsində ən son qlobal tendensiyalar haqqında məlumat əldə etmək imkanı verəcək.

İdman.biz

Məqalədə: