Bakıda Avropa cüdosundakı zədələrin statistikası açıqlanıb

Xəbərlər
18 Oktyabr 2024 13:10
174
Bakıda Avropa cüdosundakı zədələrin statistikası açıqlanıb

Avropa Cüdo İttifaqının Bakıda keçirilən tibbi seminarında maraqlı statistik məlumatlar təqdim olunub.

İdman.biz xəbər verir ki, söhbət il ərzində idmançıların aldığı zədələrdən gedir. Bildirilib ki, mövsümün əvvəlindən qitədə müxtəlif yaş qrupları üzrə 200 turnir keçirilib. Yarışlarda ümumilikdə 57545 idmançı iştirak edib.

Bu müddət ərzində 1198 zədə qeydə alınıb. Zədə alanların 55,4 faizi kişi, 44,6 faizi qadın idmançılar olub.

Ümumilikdə, faiz baxımından müsbət mənzərə qeyd edilib: çünki bütün iştirakçıların cəmi 2,08 faizi xəsarət alıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibb işçiləri arasında təcrübə mübadiləsi aparmaq və ən son məlumatları əldə etməkdir.

İdman.biz

Məqalədə: