Tçkayevin qələbəsi "Böyük dəbilqə"nin ən yaxşı ipponları arasında

Xəbərlər
18 Oktyabr 2024 16:31
323
Tçkayevin qələbəsi "Böyük dəbilqə"nin ən yaxşı ipponları arasında

Beynəlxalq Cüdo Federasiyası (IJF) Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirinin texniki nəticələrinə yekun vurub.

İdman.biz xəbər verir ki, turnirin qalibi Zelim Tçkayevin (81 kq) ipponu da ən yaxşılar arasına daxil edilib.

Azərbaycan cüdoçusu 1/4 final mərhələsində rumın Adrian Sulçini əla fəndlə məğlub edib və bu, IJF-nin yarışa həsr olunmuş videoçarxında yer alıb.

Qeyd edək ki, Tçkayev "Böyük dəbilqə" karyerasında üç qızıl medal qazanıb.

İdman.biz