Avropa çempionu: “Bakıdakı qələbə inanılmaz hisslər bəxş edir”

Xəbərlər
18 Oktyabr 2024 16:37
213
Avropa çempionu: “Bakıdakı qələbə inanılmaz hisslər bəxş edir”

“Bakıdakı bu qələbə inanılmaz hisslər bəxş edir”.

Bunu İdman.biz saytına açıqlamasında Danimarka yığmasının gimnastı Alfred-Kyaer Bolessen Milli Gimnastika Arenasında keçirilən "TeamGym" üzrə Avropa çempionatında yeniyetmələrin yarışında qızıl medal qazandıqdan sonra deyib.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət komandalar arasında keçirilən yarışın qalibi Danimarkanın yeniyetmələr yığması olub.

“Biz seçmə mərhələdə ən yaxşı nəticəni göstərdik, lakin finalda daha da inamlı çıxış etmək lazım idi. Sevindirici haldır ki, finalda çempionatın ilk günündən daha yüksək xal aldıq. Zirvədə olmaq çox xoşdur, bütün komanda yoldaşlarım əla çıxış etdilər!", - deyə Bolessen bildirib.

O, Avropa çempionatının ab-havasını da bölüşüb: “Tribunalardan güclü enerji gəlirdi, azarkeşlərin dəstəyini hiss edirdik. Bu, əvvəldən axıra kimi bizi daha da həvəsləndirirdi. Bakının gözəl arenası var, hər şey ən yüksək səviyyədədir. Burada olmaq və çıxış etmək çox xoşdur”.

İdman.biz

Məqalədə: