Cüdo qaydalarında dəyişiklik olacaq

Xəbərlər
19 Oktyabr 2024 13:04
337
Cüdo qaydalarında dəyişiklik olacaq

Gələn ildən cüdo qaydalarında dəyişikliklər ola bilər. Beynəlxalq Cüdo Federasiyası (IJF) Los Ancelesə iki illik Olimpiya seçimlərini düşünərək müəyyən yeniliklərin sınaqdan keçiriləcəyi müddəti nəzərdə tutur.

İdman.biz xəbər verir ki, cüdoda oxşar praktikadan, demək olar ki, hər tsikldə istifadə olunub.

Lakin pandemiya amili nəzərə alınmaqla sonuncu tsikl dörd deyil, üç il davam edib. Bu halı IJF Hakimlər Komissiyasının rəhbəri Daniel Laskau da qeyd edib: “Biz milli federasiyaların təkliflərinə açığıq. Qaydalarda yeniliklərin tətbiqinin mümkün olduğu bir tsikli itirdiyimizi deyə bilərik. Amma indi qaydalardakı dəyişiklikləri uyğunlaşdırmaq imkanımız var. Biz bunu gələn ildən edəcəyik ki, 2026-cı ilə kimi qaydalar son formasını alsın”.

Laskau əlavə edib ki, cüdonun gözəlliyi ippon fəndidir - təmiz qələbələr: “Biz istəyirik ki, bu fənd daha çox olsun və cüdoçular görüşlər zamanı ippon atmaq imkanını axtarsınlar. İppon estetik zövq verir.

İdman.biz

Məqalədə: