Avropa çempionatının ilk rəqəmləri: 15 ölkədən 130 cüdoçu

Xəbərlər
21 Oktyabr 2024 18:11
268
Avropa çempionatının ilk rəqəmləri: 15 ölkədən 130 cüdoçu

Noyabrın 15-17-də Polşanın Pila şəhərində keçiriləcək 23 yaşadək cüdoçular arasında Avropa çempionatının Təşkilat Komitəsi hazırkı hazırlıqlar barədə məlumat yayıb.

İdman.biz xəbər verir ki, yarışın "Mosir Pila" arenasında keçiriləcəyi bildirilir.

İştirak üçün müraciətin son tarixinə hələ iki həftə var, lakin hazırda 15 ölkədən 130 cüdoçu qeydiyyatdan keçib.

Azərbaycan millisi yaxın vaxtlarda Avropa çempionatı üçün heyətlə bağlı qərar verəcək.

İdman.biz