Gələn il "Böyük dəbilqə"nin 10 yarışı olacaq

Xəbərlər
25 Oktyabr 2024 17:00
104
Gələn il "Böyük dəbilqə"nin 10 yarışı olacaq

Beynəlxalq Cüdo Federasiyası (IJF) gələn ilin təqvimini təsdiqləyib.

İdman.biz xəbər verir ki, təqvimdə "Böyük dəbilqə"nin 10 turniri yer alıb ki, onlardan da biri, ənənəyə uyğun olaraq, Bakıda keçiriləcək.

Yarış fevralın 14-16-da təşkil ediləcək və Parisdəki "Böyük dəbilqə" yarışından sonra (fevralın 1-2-si) cədvəldə ikinci olacaq.

İlin əsas yarışı isə Budapeştdə olacaq: iyunun 13-19-da dünya çempionatı keçiriləcək.

Mövsümə Tokioda (dekabrın 6-7-si) yekun vurulacaq.

İdman.biz

Məqalədə: