Cüdoçulardan Gimnaziadaya uğurlu start

Xəbərlər
25 Oktyabr 2024 18:34
110
Cüdoçulardan Gimnaziadaya uğurlu start

Azərbaycan cüdoçuları Bəhreyndə keçirilən Gimnaziadada ilk medallara sahib çıxıblar.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə 7 təmsilçimiz tatamiyə çıxıb.

Ən yüksək nəticəyə Məhəmməd Rüstəmli imza atıb. O, 55 kq çəki dərəcəsində çempion olub. Anar Quliyev (50 kq) yalnız finalda uduzaraq gümüşə yiyələnib.

Rüstəm Qasımzadə (55 kq), Zeyd Ələsgərov, Əli Hümbətov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) və Gülgəz Musayeva (48 кг) bürünc medalla kifayətlənib.

İdman.biz