14 ölkə "Böyük dəbilqə"də iştirak üçün müraciət edib

Xəbərlər
26 Oktyabr 2024 11:57
79
14 ölkə "Böyük dəbilqə"də iştirak üçün müraciət edib

Tokioda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin Təşkilat Komitəsi komandaların iştirak ərizələrini qəbul etməyə başlayıb.

İdman.biz xəbər verir ki, dekabrın 7-8-də keçiriləcək Dünya Turunun builki final yarışına 14 ölkənin milli federasiyası müraciət edib.

Onların arasında Kanada, Polşa, Slovakiya, ABŞ, Finlandiya da var.

Amma əsas müraciət axını yaxın həftələrdə olacaq.

İdman.biz

Məqalədə: