Gimnaziadada Azərbaycan finalı

Xəbərlər
26 Oktyabr 2024 17:09
86
Gimnaziadada Azərbaycan finalı

Bəhreyndə keçirilən Gimnaziadanın ikinci günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.

İdman.biz xəbər verir ki, həlledici görüşlərdə Səid Şərifov, Məhəmməd Ağakişiyev (hər ikisi 73 kq) və Amin Mehdiyev (81 kq) mübarizə aparacaq.

Abdulla Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc uğrunda görüşlərdə çıxış edəcəklər.

İdman.biz

Məqalədə: