Cüdoçularımız Gimnaziadada birinci yeri tutub

Xəbərlər
26 Oktyabr 2024 20:56
85
Cüdoçularımız Gimnaziadada birinci yeri tutub

Cüdoçularımız Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarının cüdo yarışlarını 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında doqquzuncu yeri tutub.

Cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb.

İkinci yarış günü Diana Eldarova (57 kq) bürünc medal əldə edib. 73 kq çəkidə Məhəmməd Ağakişiyev və Səid Şərifov finalda qızıl medal uğrunda mübarizə aparıb. Görüşün nəticəsində Ağakişiyev birinci, Şərifov ikinci yeri tutub. Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) gümüş, Sübhan Axundov (+90 kq) bürünc medal qazanıb.

İdman.biz