Azərbaycan Dünya Turunda “10-luğ”un astanasında

Xəbərlər
28 Oktyabr 2024 11:20
213
Azərbaycan Dünya Turunda “10-luğ”un astanasında

Dekabrın 7-8-də Tokioda keçiriləcək cari ilin son “Böyük dəbilqə” yarışı ərəfəsində komandaların builki reytinq turnirlərində çıxışlarının statistikası yenilənib.

İdman.biz xəbər verir ki, Azərbaycan 11-ci yeri tutaraq ilk “10-luğ”un astanasındadır.

Abu Dabi “Böyük dəbilqə”sində ölkəmiz 4 medal qazanıb. Zelim Tskaev (81 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) gümüş, Murad Fatiev (90 kq) və Açelya Toprak (57 kq) bürünc medala sahib çıxıb.

İlin əvvəlindən Qran-Pri və “Masters” turnirlərinin də yer aldığı silsilə yarışlarda cüdoçularımız 4 qızıl, 12 gümüş və 16 bürünc medal əldə ediblər.

Millimiz cədvəldə Xorvatiya, Qazaxıstan, İspaniya, Braziliya, Cənubi Koreya və bir çox başqa ölkələri qabaqlayır.

Yaponiya liderdir (21-9-26), Fransa ikinci (19-15-19), neytral atletlər isə üçüncü yerdə qərarlaşıb (14-9-20).

İdman.biz

Məqalədə: