Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatının ilk yarış günü başa çatıb.
İdman.biz xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 6 çəkidə 116 cüdoçu medallar uğrunda mübarizə aparıb.
İlk gündə kişilər arasında 60 kq, 73 kq və 90 kq, qadınlar arasında isə 48 kq, 57 kq və 70 kq çəki dərəcələrində qaliblər bəlli olub.
Qeyd edək ki, iki gün davam edəcək yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mübarizə gedəcək. Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 238 cüdoçu medallar uğrunda mübarizə aparır.
Qadınlar
48 kq
1. Şəfəq Həmidova
2. Mələkxanım Məmmədova
3. Aliyə İsmayılzadə
3. Günel İsmayılova
57 kq
1. Elmira Mustafayeva
2. Nəzakət Əzizova
3. Tuğraxanım Dadaşzadə
70 kq
1. Şəlalə Səlimzadə
2. Kəmalə Hüseynova
3. Mətanət Məmmədova
Kişilər
60 kq
1. Əhməd Rüstəmov
2. Məhəmməd Məmişov
3. Sadıx Məhərrəmov
3. Rəşad Məmmədov
73 kq
1. Mehdi Cəfərov
2. Taryel Şıxəliyev
3. Fəqan Məmmədli
3. Abdulla Əliyev
90 kq
1. Naim Hüseynov
2. Məhəmmədəli Əliyev
3. Ruslan Nəsirli
3. Canpolad Əliyev
İdman.biz