Millinin məşqçisi: "Qızılların sayı daha çox ola bilərdi"

Xəbərlər
30 Oktyabr 2024 18:43
167
Millinin məşqçisi: "Qızılların sayı daha çox ola bilərdi"

"Gözləntilərimizin doğrulduğu məqamlar da oldu. Yarışda 2 qızıl, 4 gümüş , 7 bürünc medal qazandıq".

İdman.biz xəbər verir ki , bunu yeniyetmələrdən ibarət Azərbaycan cüdo millisinin məşqçisi Emin İsgəndərov deyib.

Mütəxəssis Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada idmançılarımızın çıxışını dəyərləndirib. O bildirib ki, nəticə bundan da yaxşı ola bilərdi: "Qızılların sayı 4 və ya 5 ola bilərdi. Çünki gümüş qazananlar içərisində nəticəli idmançılarımız var idi ki, hakimlərin səhvi, düzgün qərar verməməsi nəticəsində məğlub oldular. Amma fikirləşirəm ki, bu, hələ onlar üçün ilk ciddi sınaqdır. Qarşıdan gələn yarışlar daha da uğurlu olacaq".

Qeyd edək ki, yarışda idmançılarımız 2 qızıl, 4 gümüş, 7 bürünc medal qazanıblar. Millimiz medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında doqquzuncu yeri tutub.

Emin Ağa
İdman.biz