“Yarışın səviyyəsi çox yaxşı idi. Azərbaycandan gedərkən çempion olacağımı hiss etmişdim”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Hava Limanında qarşılanma zamanı deyib.
Ağakişiyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O bildirib ki, yarımfinal görüşü çətin keçib: “Ən çətin görüşüm yarımfinalda ermənistanlı cüdoçuya qarşı oldu. Amma şükürlər olsun ki, ona qalib gələ bildim. Onu məğlub edəndə çox sevindim. Hər zaman istəyirdim ki, erməni rəqibə qalib gəlim. İstədiyim kimi də oldu”.
Qeyd edək ki, yarışda idmançılarımız 2 qızıl, 4 gümüş, 7 bürünc medal qazanıblar. Millimiz medal əyyarına görə oğlanlar arasında birinci olub.
Emin Ağa
İdman.biz