Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
İdman.biz xəbər verir ki, yerli yığma ilə birlikdə keçirilən hazırlıq prosesinə 100-ə yaxın idmançı qatılıb.
Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət millinin 9 üzvü iştirak edib. Komandaya böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və böyük performans analitik Zaur Babayevin rəhbərlik edib.
Hazırlıq prosesi 17-19 noyabrda keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
İdman.biz