Bu gün Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
İdman.biz xəbər verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.
Azərbaycan yığmasının heyətində 1 idmançı medal qazanıb. 55 kq çəki dərəcəsində yarışan Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.
Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır.
İdman.biz